14:02 20 İyun 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0259
  • RUB0.0235
SƏHİYYƏ
Qısa URL
343

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3606364, ötən müddət ərzində isə ümumilikdə 8515 test aparılıb.

BAKI, 11 iyun - Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 73 yeni yoluxma faktı qeydə alınıb, 287 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19-dan ölüm faktı qeydə alınmayıb.

İndiyədək ölkədə ümumilikdə 335065 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 328194 nəfər müalicə olunaraq sağalıb, 4951 nəfər vəfat edib, aktiv xəstə sayı 1920 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3606364, ötən müddət ərzində isə ümumilikdə 8515 test aparılıb.

Qeyd edək ki, ötən gün Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 75 yeni yoluxma faktı qeydə alınıb, 281 nəfər müalicə olunaraq sağalıb, analiz nümunələri müsbət çıxan 3 nəfər vəfat edib.

Ölkədə bu gün peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 39 985 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 35 917, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 068 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 2 702 023, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1 748 035, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 953 988 təşkil edir.

Teqlər:
Koronavirus, epidemiya, COVID-19

Əsas mövzular