CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycandan gedənlərdən COVID testi tələbini aviadaşıyıcılar tənzimləyəcək

© AP Photo / Frank AugsteinТест на коронавирус, фото из архива
Тест на коронавирус, фото из архива - Sputnik Azərbaycan, 1920, 10.06.2021
Abunə olmaq
Azərbaycandan yola düşən sərnişinlərin arayışlarının yoxlanılması terminalların girişində fəaliyyət göstərən tibb personalı tərəfindən həyata keçirilirdi.

BAKI, 10 iyun — Sputnik. Nazirlər Kabineti Azərbaycanda uçuşların və hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili üzrə müvəqqəti Qaydalarda dəyişikliklərə aydınlıq gətirib.

Sputnik Azərbaycan-ın məlumatına görə, Azərbaycandan yola düşən sərnişinlərin COVID-19-a dair PZR testindən keçirilməsi tələbi təyinat məntəqəsində müəyyən edilmiş qaydalara əsasən aviadaşıyıcı tərəfindən tənzimlənəcək.

Bundan əvvəl Azərbaycandan yola düşən, uçuşdan əvvəl 48 saat ərzində COVID-19-a dair PZR testindən keçən və nəticəsi neqativ olan sərnişinlər bu barədə arayışı təqdim etməklə uçuşa buraxılırdılar. Azərbaycandan yola düşən sərnişinlərin arayışlarının yoxlanılması terminalların girişində fəaliyyət göstərən tibb personalı tərəfindən həyata keçirilirdi. Sərnişinlərin uçuşa qeydiyyatı və hava gəmisinə daxil olması bu arayışlar əsasında həyata keçirilirdi. Bu tələb ləğv edilir.

Eləcə də oxuyun:

  • Nazirlər Kabineti bir sıra vacib qərarlar verib: Aviauçuşlarla bağlı mühüm dəyişikliklər

  • Miqrasiya Xidmətindən əcnəbilərə AVRO-2020 ilə bağlı xəbərdarlıq

  • Ölkədə peyvənd olunanların sayı açıqlandı

  • Möhtəşəm açılış: Bu gündən etibarən hər kəs məscidlərə gedə biləcək

Xəbər lenti
0