23:32 21 İyun 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0161
  • RUB0.0233
SƏHİYYƏ
Qısa URL
Azərbaycanda koronavirus: son xəbərlər (466)
375

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8618, bu günə qədər isə ümumilikdə 3 597 849 test icra olunub.

BAKI, 10 iyun — Sputnik. Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 75 yeni yoluxma faktı qeydə alınıb, 281 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 3 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 334 992 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 327 907 nəfər müalicə olunaraq sağalıb, 4 951 nəfər vəfat edib. 2 134 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8618, bu günə qədər isə ümumilikdə 3 597 849 test icra olunub.

Qeyd edək ki, dünən Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 68 yeni yoluxma faktı qeydə alınıb, 239 nəfər müalicə olunaraq sağalıb.

Eləcə də oxuyun:

  • Koronavirusun yeni adları: Alfa, Beta, Qamma...

  • Koronavirusun bizdən aldıqları: Yeri əsla dolmayacaq

Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər (466)
Teqlər:
statistika, Azərbaycan, Koronavirus, epidemiya, COVID-19

Əsas mövzular