Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Azərbaycanda koronavirusa yoluxma sayı dəyişdi, azalma var

© REUTERS / MOLLY DARLINGTONТесты на коронавирус, фото из архива
Тесты на коронавирус, фото из архива - Sputnik Azərbaycan, 1920, 09.06.2021
Abunə olmaq
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8158, bu günə qədər isə ümumilikdə 3589231 test icra olunub.

BAKI, 9 iyun — Sputnik. Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 68 yeni yoluxma faktı qeydə alınıb, 239 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 1 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 334917 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 327626 nəfər müalicə olunaraq sağalıb, 4948 nəfər vəfat edib. 2343 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8158, bu günə qədər isə ümumilikdə 3589231 test icra olunub.

Qeyd edək ki, dünən Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 102 yeni yoluxma faktı qeydə alınıb, 273 nəfər müalicə olunaraq sağalıb.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

 

Xəbər lenti
0