01:57 19 İyun 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0259
  • RUB0.0235
SƏHİYYƏ
Qısa URL
Azərbaycanda COVID-19 əleyhinə vaksinasiya (84)
15

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 601 vaksin vurulub.Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 601 vaksin vurulub.

BAKI, 7 iyun — Sputnik. Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 601 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 334, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 267 nəfərdir.

Qeyd edək ki, ötən günə olan məlumata görə, ölkədə vurulan vaksinlərin ümumi sayı 2 546 169, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1 611 165, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 935 004 təşkil edib.

İyunun 6-da Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 33 084 vaksin vurulmuşdu.

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına yoluxma sayı da xeyli azalıb. Son sutkada 32 yeni yoluxma faktı qeydə alınıb, 221 nəfər müalicə olunaraq sağalıb. Analiz nümunələri müsbət çıxan 4 nəfər vəfat edib.

 

Eləcə də oxuyun:

  • Bu gündən Azərbaycanda "Pfizer" peyvəndinin tətbiqinə başlanılır

  • Belçikada 16-17 yaşlılar peyvənd olunacaqlar

  • Çin Sinovac peyvəndinin uşaqlarda istifadəsini təsdiqləyib

  • Hindistanda koronavirusun peyvənd olunanlar üçün təhlükəli ştammı tapıldı

Mövzu:
Azərbaycanda COVID-19 əleyhinə vaksinasiya (84)
Teqlər:
statistika, Azərbaycan, COVID-19 pasportu, vaksinasiya, vaksin

Əsas mövzular