02:54 14 İyun 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0722
  • RUB0.0237
SƏHİYYƏ
Qısa URL
4519

"Güclü allergik reaksiyası olan şəxslərdə bir neçə dəfə belə hal baş veribsə, bu zaman vaksinin vurulub-vurulmayacağı barədə qərarı mütəxəssis verməlidir".

BAKI, 3 iyun — Sputnik. "Azərbaycanda əhalinin koronavirus əleyhinə (COVID-19) vaksinasiyada iştirak etməsi ilə karantin qaydalarında daha çox yumşalmalar olacaq".

Sputnik Azərbaycan-ın müxbiri Zülfiyyə Quluyevanın məlumatına görə, bu sözləri bu gün Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov qurumun "Instagram"da canlı yayımında çıxış edərkən bildirib. Təyyar Eyvazov qeyd edib ki, Azərbaycanda əhali koronavirus infeksiyasının ciddiliyinə inanır: "Çünki artıq hər kəsin yaxınında bu virusa yoluxan bir şəxs var. Biz qaydalara əməl etməklə, eyni zamanda vaksinasiya prosesində aktiv iştirak etməklə bundan da çox yumşalmalara gedərək əvvəlki aktiv həyatımıza qayıdacağıq".

T.Eyvazovun sözlərinə görə, bu gün ölkədə əhalinin müəyyən hissəsində xəstəliyə qarşı həssaslıq azalıb. O deyib ki, əgər zamanla bu tendensiya davam edərsə, infeksiya üzərində ilk qələbəmizi çalacağıq. Baş infeksionist bildirib ki, peyvəndləmə hədəfinə nə qədər tez çatarıqsa, bizim itkilərimiz o qədər az olar. T.Eyvazov yay aylarında vaksin vurulması ilə bağlı heç bir əks göstəriş olmadığını söyləyib: "Peyvənd etdirmək üçün fəslin əhəmiyyəti yoxdur. Sadəcə, vətəndaşın istəyi olmalıdır".

O, vaksinə qarşı allergiyası olanların isə mütəxəssisə müraciət etməsini tövsiyə edib. T.Eyvazov deyib ki, allergiyası olanlar vaksin vurdurmazdan öncə yaşadığı ərazi üzrə mütəxəssisə, allerqoloqa müraciət edə bilərlər: "Güclü allergik reaksiyası olan şəxslərdə bir neçə dəfə belə hal baş veribsə, bu zaman vaksinin vurulub-vurulmayacağı barədə qərarı mütəxəssis verməlidir".

Karantinin növbəti yumşaldılması

Mayın 25-də Nazirlər Kabineti yanında Operativ Qərargah Azərbaycanda xüsusi karantin rejiminin növbti yumşaldılmaları haqda qərar qəbul etdi.

Qərara görə, mayın 31-dən açıq havada maska taxmaq ləğv olundu, Bakı Metropilteninin fəaliyyəti bərpa edildi. Həmçinin regionalararası ictimai nəqliyyat işə düşdü.

Gələcək dövr üçün də qərarlar qəbul olundu. İyunun 10-dan ibadət yerlərinin fəaliyyətinə imkan yaradılacaq. Eyni tarixdən iri ticarət mərkəzlərinin fəaliyyəti bərpa olunur. Çimərliklərin fəaliyyətinə icazə verilir. İdman sağlamlıq-bərpa mərkəzlərinin fəaliyyəti bərpa edilir. Ancaq COVID pasportu olanlar idman müəssisələrinə buraxılacaqlar.

Gələcəkdə toylarda, konsertlərdə iştirak etmək üçün vaksinasiyadan keçmək tələb olunacaq.

Açılacaq obyektlərdə onların işçilərinin vaksinasiya və ya immunitet sertifikatının olması tələbi nəzərdə tutulub. Bu tələb iyunun 1-dən nəzərdə tutulub. 80 faiz işçinin COVİD pasportu olmadıqda, hətta onlar bağlana da bilər. Bu nüanslar gələcəkdə konsert, kinoteatr və digər xidmətlərə də aid ola bilər.

Yumşalmalarla yanaşı, o qədər də sevindirməyən qərar da var - həftəsonu ictimai nəqliyyatla bağlı məhdudiyyətlər qüvvədə qalıb.

Eləcə də oxuyun:

Teqlər:
yumşalma, infeksionist, karantin

Əsas mövzular