BAKI, 2 iyun — Sputnik. Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 156 yeni yoluxma faktı qeydə alınıb, 378 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 5 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 334 288 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 325 418 nəfər müalicə olunaraq sağalıb, 4 926 nəfər vəfat edib. 3 944 nəfər aktiv xəstə sayını təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 834, bu günə qədər isə ümumilikdə 3 532 472 test icra olunub.
Qeyd edək ki, dünən Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 176 yeni yoluxma faktı qeydə alınıb, 475 nəfər müalicə olunaraq sağalıb.