Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

© REUTERS / ATHIT PERAWONGMETHAВакцина CoronaVac компании Sinovac Biotech, фото из архива
Вакцина CoronaVac компании Sinovac Biotech, фото из архива - Sputnik Azərbaycan, 1920, 01.06.2021
Abunə olmaq
İkinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 907817 təşkil edirİkinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 907817 təşkil edir

BAKI, 1 iyun — Sputnik. Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 59499 vaksin vurulub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 51940, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 7559 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 2312715, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1404898, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 907817 təşkil edir.

Qeyd edək ki, dünən Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 407 doza vaksin vurulub.

Bu gün Azərbaycanda COVID-19-a yoluxanların sayı da dünənə nisbətən təxminən iki dəfə artıb. Əgər dünən son aylar ərzində yoluxma sayı ilk dəfə 100-dən aşağı düşmüşdüsə, bu gün bu rəqəm 176 olub.

Eləcə də oxuyun:

Xəbər lenti
0