19:15 23 İyun 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0264
  • RUB0.0233
SƏHİYYƏ
Qısa URL
2319

Nazirlər Kabineti yanında Operativ Qərargahı: "COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib".

BAKI, 31 may - Sputnik. Azərbaycan Respublikasında koronavirus infeksiyasından daha 462 nəfər müalicə olunaraq sağalıb, 92 yeni yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 333 min 956 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 324 min 565 nəfər müalicə olunaraq sağalıb, 4913 nəfər vəfat edib. Aktiv xəstə sayı 4478 nəfərdir.

Ötən müddət ərzində 3 milyon 513 min 989 test aparılıb. Bugünkü test sayı isə 4815-dir.

Mayın 30-da Azərbaycan Respublikasında koronavirus infeksiyasından daha 486 nəfər müalicə olunaraq sağalıb, 141 yeni yoluxma faktı qeydə alınıb. Ötən gün COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 4 nəfər vəfat edib.

Həmçinin oxuyun: 

* Azərbaycanda koronavirusa yoluxma və ölüm sayında əhəmiyyətli azalma

Teqlər:
Koronavirus, epidemiya, COVID-19

Əsas mövzular