CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda koronavirusa yoluxma ocağı açıqlandı

© Sputnik / Murad OrujovБаку за день до ужесточения карантинного режима
Баку за день до ужесточения карантинного режима - Sputnik Azərbaycan, 1920, 27.05.2021
Abunə olmaq
Paytaxt üzrə yoluxanların 14,6 faizi Binəqədidədir. Bakı şəhəri üzrə koronavirusa ən az yoluxma halı Pirallahı rayonunda qeydə alınıb.

BAKI, 27 may — Sputnik. Bakı şəhəri üzrə ən çox yoluxma halları Binəqədi, Xətai və Yasamal rayonlarında olub. Sputnik Azərbaycan koronavirusinfo.az saytına istinadla xəbər verir ki, paytaxt üzrə yoluxanların 14,6 faizi Binəqədidədir.

13,4 faizi Xətai, 12,2 faizi Yasamal rayonunun payına düşür. Yoluxma hallarının 11,2 faizi Sabunçu, 7,9 faizi Nəsimi, 8,2 faiz isə Nərimanov rayonlarında qeydə alınıb. Yoluxma hallarının 7,9 faizi Nizami, 7,2 faizi Xəzər, 4,5 faizi Qaradağ, 5,0 faizi Səbail rayonlarındadır. Bakı şəhəri üzrə ən az yoluxma halı isə Pirallahı rayonunda olub.

Xəbər lenti
0