Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunma sahəsində vəziyyət açıqlanıb

© Sputnik / Murad OrujovBakıda Sputnik V peyvəndi ilə vaksinasiya
Bakıda Sputnik V peyvəndi ilə vaksinasiya - Sputnik Azərbaycan, 1920, 23.05.2021
Abunə olmaq
Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1 134 376, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 853 593 təşkil edir.

BAKI, 23 may - Sputnik. Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 25 406 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 19 332, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 6 074 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 1 986 969, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1 134 376, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 853 593 təşkil edir.

Xəbər lenti
0