CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ölkədə koronavirusa yoluxmaya dair son statistika açıqlandı

© AFP 2023 / ABBAS MOMANIТест на коронавирус, фото из архива
Тест на коронавирус, фото из архива - Sputnik Azərbaycan, 1920, 23.05.2021
Abunə olmaq
Azərbaycanda COVID-19-a yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar aparılan testlərin sayı da açıqlanıb.

BAKI, 23 may - Sputnik. Azərbaycanda bu gün koronavirus infeksiyasına 219 yeni yoluxma faktı qeydə alınıb, 717 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Azərbaycanda indiyədək ümumilikdə 332 454 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 320 708 nəfər müalicə olunaraq sağalıb, 4 860 nəfər vəfat edib, aktiv xəstə sayı 6 886 nəfərdir.

Azərbaycanda COVID-19-a yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar aparılan testlərin sayı da açıqlanıb. Ölkədə son sutka ərzində 7 211, hazırkı dövrədək isə 3 453 244 test aparılıb.

Xəbər lenti
0