CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda bu məkanlar dərmanlanır: səbəb COVID deyil

© AFP 2023 / EZEQUIEL BECERRAМужчина в противочумном костюме, фото из архива
Мужчина в противочумном костюме, фото из архива - Sputnik Azərbaycan, 1920, 22.05.2021
Abunə olmaq
Direktor müavini qeyd edib ki, Azərbaycan yaxın vaxtlarda ölkəmizin malyariyadan azad olma sertifikatını əldə edəcək.

BAKI, 22 may — Sputnik, Zülfiyyə Quluyeva. Azərbaycanda malyariya ilə mübarizə tədbirləri davam etdirilir. Havalar isindiyindən malyariya ocaqlarında dərmanlama işləri aparılır.

Bu barədə Sputnik Azərbaycan-a Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) direktor müavini Afaq Əliyeva məlumat verib. O bildirib ki, Azərbaycanda 2013-cü ildən malyariyaya yerli yoluxma faktı qeydə alınmayıb:

"2012-ci ildən sonra ölkəmizdə malyariyaya yerli yoluxma halı olmayıb. Malyariyaya yoluxma ancaq Afrika ölkələrindən gələnlərdə qeydə alınır. Buna rəğmən mütəmadi olaraq malyariyaya qarşı tədbirlər davam edir. Havaların istiləşməsi ilə əlaqədar durğun su hövzələrində dərmanlama işləri aparılır".

A. Əliyeva bildirib ki, rayon GEM-ləri tərəfindən həmin tədbirlər həyata keçirilir. Direktor müavini həmçinin qeyd edib ki, Azərbaycan yaxın vaxtlarda ölkəmizin malyariyadan azad olma sertifikatını əldə edəcək. Onun sözlərinə görə, bununla bağlı danışıqlar aparılır. A. Əliyeva bildirib ki, bunun üçün Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən qərar verilməlidir.

Eləcə də oxuyun:

* ÜST dünyada koronovirusdan həlak olmuşların həqiqi sayını açıqlayıb

* İranda Genetiklərin Beynəlxalq Konqresi keçirilir

* Baş toksikoloqdan əhaliyə xəbərdarlıq

 

Xəbər lenti
0