CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu gün Azərbaycanda COVID-dən sağalanlar yoluxanlardan iki dəfə çoxdur

© AFP 2023 / INA FASSBENDERМедицинский работник показывает образец для экспресс-теста, фото из архива
Медицинский работник показывает образец для экспресс-теста, фото из архива - Sputnik Azərbaycan, 1920, 20.05.2021
Abunə olmaq
İndiyədək ölkədə ümumilikdə 331477 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 318502 nəfər müalicə olunaraq sağalıb, 4828 nəfər vəfat edib

BAKI, 20 may — Sputnik. Azərbaycanda son sutkada koronavirus (COVID-19) infeksiyasına 437 yeni yoluxma faktı qeydə alınıb, 893 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 14 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 331477 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 318502 nəfər müalicə olunaraq sağalıb, 4828 nəfər vəfat edib. 8147 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10569, bu günə qədər isə ümumilikdə 3425183 test icra olunub.

Eləcə də oxuyun:

* Peyvəndlənmə barədə saxta sertifikatların sayı artıb

"Dalğa"nı yaddan çıxarın - ÜST

* Gəncə hava limanındakı insident böyüdü - prokurorluq araşdırır

 

Xəbər lenti
0