Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Peyvəndlənmə barədə saxta sertifikatların sayı artıb

© Sputnik / Murad OrujovCOVİD-19 vaksinasiyası üzrə məlumat forması
COVİD-19 vaksinasiyası üzrə məlumat forması - Sputnik Azərbaycan, 1920, 20.05.2021
Abunə olmaq
Belə bir sertifikatın qiyməti 250 dollar, xəstəliyə yoluxmamaq barədə mənfi cavablı saxta testin qiyməti isə 25 dollar təşkil edir

BAKI, 20 may — Sputnik. Dünyada koronavirusdan peyvəndlənmə barədə saxta sertifikatların verilməsi ilə bağlı fırıldaqçılıq hallarının sayı artıb. Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, bu, peyvəndlənmiş şəxslərə münasibətdə karantin qaydalarının yumşaldılması hallarının artması fonunda baş verir.

Kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən Check Point ABŞ-İsrail birgə şirkətinin məlumatına görə hazırda 1200-dən çoxdan qurum saxta sertifikatlar satmaqla məşğuldur. Bu, seqment hazırda Rusiyada da var. Bununla bağlı ən çox fırıldaqçılıq halları isə Böyük Britaniya və Almaniyada qeydə alınıb.

Avstraliya milli universitetinin tənzimləmə və qlobal idarəetmə məktəbinin fəxri professoru Roderik Broadxerst qeyd edir ki, belə bir sertifikatın qiyməti 250 dollar, xəstəliyə yoluxmamaq barədə mənfi cavablı saxta testin qiyməti isə 25 dollar təşkil edir.

Ekspert bildirib ki, bundan əlavə fırıldaqçılar "peyvənd" satışı ilə də məşğuldurlar və onların qiyməti 1000 dollara çatır. Lakin həmin preparatların heç biri real təsirli olmayıb, əksər hallarda isə insanların sifariş verdikləri "preparatlar" ünvanına heç çatdırılmayıb da.

"Saxta sertifikatların əksəriyyəti "Telegram" kanalları vasitəsilə satılır. Hazırda təqribən 100 belə kanalın olmasını deyə bilərik, halbuki, mart ayında cəmi 5 belə kanal vardı", — deyə təhlilin müəlliflərindən biri Oded Vanunu bildirib.

Ekspertlər əmindirlər ki, bu sahədə fırıldaqçılığın qarşısının alınmasının yeganə yolu peyvəndlənmiş vətəndaşların ümumdünya vahid məlumat bazasının yaradılmasıdır.

Xatırladaq ki, mayın 19-da Avropa İttifaqı ölkələrinin qapılarını koronavirusa qarşı peyvəndlənmiş turistlərin üzünə açması barədə məlumat yayılıb. Belə ki, Avropa Dərman Vasitələri Agentliyinin (ЕМА) təsdiq etdiyi peyvəndlərin vurulduğu şəxslərin Aİ ölkələri ərazisinə buraxılmasına icazə verilməsi barədə razılıq əldə olunub. Lakin o da qeyd olunur ki, Avropa Komissiyasının bu razılığı tövsiyə xarakterlidir.

Həmçinin oxuyun:

Peyvənd vurulmuş şəxslərin sertifikatlarında xarici pasport məlumatları qeyd olunacaq

Avropaya gedənlərdən vaksin sertifikatı tələb olunacaq

Xəbər lenti
0