Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Azərbaycanda koronavirusa yoluxma və ölüm sayı yenidən artdı

© AP Photo / Frank AugsteinТест на коронавирус, фото из архива
Тест на коронавирус, фото из архива - Sputnik Azərbaycan, 1920, 28.04.2021
Abunə olmaq
Azərbaycanda indiyədək ümumilikdə 316521 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 285024 nəfər müalicə olunaraq sağalıb, 4461 nəfər vəfat edib, aktiv xəstə sayı 27036 nəfərdir.

BAKI, 28 aprel — Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1402 yeni yoluxma faktı qeydə alınıb, 2238 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 32 nəfər vəfat edib. Azərbaycanda indiyədək ümumilikdə 316521 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 285024 nəfər müalicə olunaraq sağalıb, 4461 nəfər vəfat edib, aktiv xəstə sayı 27036 nəfərdir.

Ölkədə son sutka ərzində 11194, hazırkı dövrədək isə 3218111 test aparılıb.

Xəbər lenti
0