Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Alimlər koronavirusu bir saniyə içərisində məhv etmək yolunu tapıblar

© REUTERS / ADNAN ABIDIHindistanda vəziyyət
Hindistanda vəziyyət - Sputnik Azərbaycan, 1920, 28.04.2021
Abunə olmaq
Koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb.

 

BAKI, 28 aprel — Sputnik. Texas A&M Universitetinin alimləri bir saniyə içərisində SARS-CoV-2 tipli koronavirusu məhv edən aparat hazırlayıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə araşdırma "Phys.org" saytında yerləşdirilib.

Qurğu paslanmayan poladdan hazırlanan boru formasındadır. Onun içərisinə koronavirus olan məhlul keçirilir, qurğunun özü isə 72 dərəcə Selsiyə qədər qızır. Bu temperaturda məhlulda olan virusun titri 100 min dəfə azalıb. Bu, patogenin neytrallaşması üçün kifayətdir.

Alimlər hesab edirlər ki, termik emal metodu istilik sistemləri, ventilyasiya və kondisionerlərin otaqlardakı virusu neytrallaşdırmasına imkan verəcək.

Xatırladaq ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 148,7 milyonu keçib, 3,13 milyondan çox adam isə virus səbəbi ilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2020-ci ilin fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Xəbər lenti
0