21:05 14 May 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0681
  • RUB0.0230
SƏHİYYƏ
Qısa URL
1618 0 0

Sehirli şəkildə təhlükəsiz vaksin hazırlayan və təsdiq alan bir peyvənd fabriki yoxdur, belə şeylər üçün sınaqlar olmalıdır və hər istehsal prosesinə çox diqqətlə nəzarət edilməlidir.

BAKI, 27 aprel — Sputnik. Koronavirus əleyhinə peyvənd patentindən imtina pis fikirdir. Sputnik Azərbaycan xəbər verir ki, bunu "Sky News"-un jurnalistləri ilə söhbət zamanı "Microsoft" korporasiyasının banisi Bill Qeyts bildirib.

Belə ki, Qeyts jurnalistin "Əqli mülkiyyət haqqı barədə qanunun ləğvi peyvəndin dünyada yayılmasına yardım edə bilərmi?" sualına "Xeyr" cavabı verib.

"Bu məsələdə işləri gecikdirən tək şey əqli mülkiyyət deyil. Sehirli şəkildə təhlükəsiz vaksin hazırlayan və təsdiq alan bir peyvənd fabriki yoxdur. Belə şeylər üçün sınaqlar olmalıdır və hər istehsal prosesinə çox diqqətlə nəzarət edilməlidir", - deyə Qeyts bildirib.

Qeyts zəngin ölkələrin ardından kasıb ölkələrin peyvəndləmə müddətinin ortalama 10 il olacağını bildirib.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 147,8 milyonu keçib, 3,12 milyondan çox adam isə virus səbəbi ilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

 

Teqlər:
Koronavirus, epidemiya, COVID-19, Bill Qeyts, Bill Gates

Əsas mövzular