CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Milli Onkologiya Mərkəzinin qarşısında sıxlıq - "O şəkildəkilərin heç də hamısı..."

© Sputnik / Zulfiyya GuluyevaDayanma-durmaya qaydaları pozan avtomobillər
Dayanma-durmaya qaydaları pozan avtomobillər - Sputnik Azərbaycan, 1920, 19.04.2021
Abunə olmaq
"Biz onların hamısını içəri buraxa bilmərik. Ona görə də xəstələrə növbə verilir ki, onlar açıq havada gözləsinlər".

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 19 aprel — Sputnik. Facebook sosial şəbəkəsində Milli Onkologiya Mərkəzinin (MOM) Diqanostika korpusunun qarşısında sıxlığı əks etdirən şəkil paylaşılıb. Onkoloji xəstələrin toplaşdığı foto sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.

Врач одной из поликлиник, фото из архива - Sputnik Azərbaycan, 1920, 11.04.2021
SƏHİYYƏ
Hansı xəstəliklərin müalicəsi Xidmətlər Zərfinə salınacaq?
  Sputnik Azərbaycan-a bu barədə açıqlama verən Səhiyyə Nazirliyinin baş onkoloqu Azad Kərimi bildirib ki, MOM-un qarşısına toplaşan insanlara ara məsafəsi saxlamaq tövsiyə olunub: "Mühafizə xidməti Mərkəzə müayinə və müalicəyə gələn xəstələrə nömrə paylayıb. Hər kəsə tövsiyə olunub ki, sosial məsafə saxlasın. Yerdə də sosial məsafənin gözlənilməsi üçün xətt çəkilib. Çox təəssüf ki, insanlar bu tövsiyəyə əməl etmirlər".

A.Kərimi bildirib ki, MOM-un qarşısında duranların hamısının xəstəxanaya buraxılması mümkün deyil: "Nazirlər Kabineti yanında Operativ Qərargahın qaydası var. Biz də o qaydalara əməl edirik. O şəkildəkilərin heç də hamısı xəstə deyil. Bir xəstənin yanında 4-5 nəfər gəlir. Biz onların hamısını içəri buraxa bilmərik. Ona görə də xəstələrə növbə verilir ki, onlar açıq havada gözləsinlər. Bir xəstənin yanında içəri bir nəfər buraxılır. O şəkli çəkib sosial platformada paylaşanın nə demək istədiyini anlamıram. Yaxşı olardı ki, şəkli çəkməkdənsə həmin insanlara yaxınlaşıb onarı ara məsafəsi saxlamağa səsləyərdi. Bizim işimiz xəstəni müayinə və müalicə etməkdir".

 

Xəbər lenti
0