CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycan "Sputnik V" istehsal edə bilər – Rəsmi

© AFP 2023 / KIRILL KUDRYAVTSEVВакцина Sputnik V, фото из архива
Вакцина Sputnik V, фото из архива - Sputnik Azərbaycan, 1920, 16.04.2021
Abunə olmaq
Valentina Matviyenko həmçinin qeyd edib ki, bu ilin aprel-may aylarında Rusiya Azərbaycana "Sputnik V" çatdıracaq.

BAKI, 16 aprel — Sputnik. Azərbaycan COVID-19 əleyhinə Rusiya vaksinlərini istehsal edə bilər. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiyanın Federasiya Şurasının sədri Valentina Matviyenko bildirib.

"Bizim bu sahədə əməkdaşlığımız davam edir, Rusiya hər həftə öz vaksinlərinin istehsal həcmini artırır. Biz nəinki öz vaksinlərimizi tədarük etməyə hazırıq, hətta mən bildiyim qədəri ilə Azərbaycanda bu vaksinlərin istehsalı məsələsi nəzərdən keçirilir ki, bu da "Sputnik V"ni digər ölkələrə ixrac etməyə imkan verər", - Matviyenko Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə görüş zamanı deyib.

O, həmçinin qeyd edib ki, bu ilin aprel-may aylarında Rusiya Azərbaycana "Sputnik V" çatdıracaq.

Qeyd edək ki, fevralın 2-si "The Lancet" elmi jurnalı "Sputnik V" koronavirusa qarşı peyvənd preparatının klinik sınaqlarının üçüncü mərhələsinin nəticələrini dərc edib.

Kliniki sınaqların üçüncü mərhələsində "Sputnik V"nin yüksək effektivlik, immunogenlik və təhlükəsizlik göstəriciləri nümayiş etdirib.

Вакцина CoronaVac компании Sinovac Biotech, фото из архива - Sputnik Azərbaycan, 1920, 15.04.2021
SƏHİYYƏ
TƏBİB Sinovac müəmmasına aydınlıq gətirdi, ÜST isə "CoronaVac"ı siyahıya salmadığını dedi

Həm peyvənd, həm də plasebo vurulmuş 19866 könüllünün analiz təhlilləri göstərir ki, hər iki dozadan sonra peyvəndin effektivliyi 91,6 faiz təşkil edir. Preparat vurulandan sonra yalnız 78 koronavirusa yoluxma hadisəsi öz təsdiqini tapıb.

Müqayisə üçün bildirək ki, "AstraZeneca"nın effektivliyi - 62,1%, "Sinovac" peyvəndinin - 50,4%, "Sinopharm"ın - 79,3% təşkil edir.

Tədqiqatın vacib bir hissəsi də 60 yaşdan yuxarı könüllülərin sınaqlarda iştirakı ilə bağlı idi (peyvənd qrupunda ən yaşlı iştirakçının 87, plasebo qrupunda isə 84 yaşı olub). Yaşlılar üçün təhlükəsizlik göstəriciləri yüksək olub. 60 yaşdan yuxarı 2144 könüllü üçün effektivlik 91,8% təşkil edib ki, bu da 18-60 yaş arası könüllülər qrupunda əldə edilən məlumatlardan statistik olaraq fərqlənmir.

Qeyd edək ki, Rusiya Səhiyyə Nazirliyi "Sputnik V" peyvəndini 2020-ci ilin avqust ayında qeydə alıb. Vaksin Rusiyanın Qamaleya adına Epidemiologiya və Mikrobiologiya Elmi Tədqiqat Mərkəzi tərəfindən RBİF-nin dəstəyi ilə işlənib hazırlanıb. Bu, dünyada COVID-19-un profilaktikası üçün ilk qeydiyyata alınmış preparatdır.

Xəbər lenti
0