CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda maska ilə bağlı antisanitariya - Əhali bir maskanı 40 gün istifadə edir

© Sputnik / Murad OrujovПредприятие по производству медицинских масок в Сумгайытском химическом промышленном парке
Предприятие по производству медицинских масок в Сумгайытском химическом промышленном парке - Sputnik Azərbaycan, 1920, 16.04.2021
Abunə olmaq
"Maskadan belə istifadə nəinki virusdan qorumur, hətta yeni xəstəliklər üçün şərait yaradır"."Maskadan belə istifadə nəinki virusdan qorumur, hətta yeni xəstəliklər üçün şərait yaradır".

BAKI, 16 aprel — Sputnik. "Keçən ilin mart ayından bu ilin martına qədər ölkədə 77 milyon 600 min tibbi maska satılıb".

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu iqtisadçı-ekspert Natiq Cəfərli deyib. O qeyd edib ki, ölkə əhalisinin 10 yaşa qədər olan vətəndaşların maska taxmadığı nəzərə alınsa, təqribən, 8,5 milyon əhali il ərzində maska taxmalı idi:

"Tibbi maskaları hər 2-3 saatdan bir dəyişmək lazım olduğu deyilir, ölkədə 1 il ərzində hər vətəndaş gün ərzində, ən azı, 3 maska dəyişməli idi. Deməli, gün ərzində 8,5*3= 25,5 milyon ədəd, ay ərzində 765 milyon ədəd, il ərzində isə 9 mliyard 180 milyon ədəd maska istifadə edilməli idi. Bizdə 1 ilə 77,6 milyon maska satılıb, ilə 1 nəfərə 9 maska düşür.

Deməli, orta statistik vətəndaş 40 günə 1 maska istifadə edib - bu, bilirsiz, nə deməkdir?! Maskadan belə istifadə nəinki virusdan qorumur, hətta yeni xəstəliklər üçün şərait yaradır".

Ekspertin sözlərinə görə, əhaliyə pulsuz maska paylanılmalıdır ki, qapalı məkanlarda, nəqliyyatda maska taxmaq həm zəruri, həm də sağlamlıq üçün təhlükəsiz olsun: "Hər vətəndaşa, heç olmasa, aya 10 maska pulsuz verilməlidir. Camaat polisin, cərimənin qorxusundan və pulsuzluqdan 1 maskanı 40 gün taxır. Bu, zülmdür, gələcək böyük sağlamlıq problemlərinin təməlidir. Açıq havada maska taxmaq tələbi ləğv edilməlidir. Yazıqdır bu millət".

Xəbər lenti
0