CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Operativ Qərargahın son məlumatı: rəqəmlər yenə yüksəkdir

© AFP 2023 / JENS SCHLUETERТест на коронавирус, фото из архива
Тест на коронавирус, фото из архива - Sputnik Azərbaycan, 1920, 08.04.2021
Abunə olmaq
İndiyədək ölkədə ümumilikdə 279 181 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 245 881 nəfər müalicə olunaraq sağalıb, 3811 nəfər vəfat edib, aktiv xəstə sayı 29489 nəfərdir.

BAKI, 8 aprel - Sputnik. Azərbaycan Respublikasında son sutkada koronavirus (COVID-19) infeksiyasına 2 717 yeni yoluxma faktı qeydə alınıb, 1 341 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 31 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 279 181 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 245 881 nəfər müalicə olunaraq sağalıb, 3811 nəfər vəfat edib, aktiv xəstə sayı 29489 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 14 581, ötən müddət ərzində isə ümumilikdə 2 977 593 test aparılıb.

Xəbər lenti
0