04:38 20 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0223
  • EUR2.0328
SƏHİYYƏ
Qısa URL
13 0 0

Operativ Qərargahdan bildirilib ki, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 27992, ikinci mərhələdə isə bu rəqəm 15507 nəfər təşkil edib.

BAKI, 7 aprel — Sputnik. Bu gün Azərbaycanda vaksinasiya olunanların sayı 43499 nəfər olub. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 27992, ikinci mərhələdə isə bu rəqəm 15507 nəfər təşkil edib.

Bu günə qədər Azərbaycanda ümumilikdə 1025790 ədəd vaksin vurulub.

Ölkə üzrə ümumilikdə birinci mərhələ peyvənd olunanların sayı 639463 nəfər təşkil edib, ikinci mərhələdə isə bu rəqəm 386327 olub.

Əsas mövzular