CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda koronavirus: yoluxma və ölən sayı sürətlə artır

© Sputnik / Murad OrujovBakıda klinikaların birində koronavirus testi
Bakıda klinikaların birində koronavirus testi - Sputnik Azərbaycan, 1920, 07.04.2021
Abunə olmaq
Ölkəmizdə indiyədək ümumilikdə 276 464 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 244 540 nəfər müalicə olunaraq sağalıb.

BAKI, 7 aprel - Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 595 yeni yoluxma faktı qeydə alınıb, 1 073 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 37 nəfər vəfat edib.

Ölkəmizdə indiyədək ümumilikdə 276 464 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 244 540 nəfər müalicə olunaraq sağalıb, 3 780 nəfər vəfat edib, aktiv xəstə sayı 28 144 nəfərdir.

Ölkədə son sutka ərzində 14593, hazırkı dövrədək isə 2963012 test aparılıb.

Xəbər lenti
0