Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Koronavirusa görə test dövlət hesabına bir dəfə pulsuz götürülür - Teleaparıcıya cavab

© AFP 2023 / MARTIN BERNETTIОбразец мазки из носа для теста на коронавирус, фото из архива
Образец мазки из носа для теста на коронавирус, фото из архива - Sputnik Azərbaycan, 1920, 07.04.2021
Abunə olmaq
"Növbəti dəfə virusun olub-olmadığını öyrənmək üçün testi ödənişlə özəl klinikalarda vermək lazımdır".

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 7 aprel — Sputnik. Teleaparıcı Günay Yelmarqızı koronavirusa görə ondan ikinci dəfə pulsuz test götürülmədiyindən şikayətlənib. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə aparıcı xanım öz "Facebook" sosial şəbəkəsindəki hesabında məlumat yayıb. O bildirib ki, koronavirusa görə ilk test ondan pulsuz götürülsə də, hazırda sağalıb-sağalmadığını müəyyən etmək üçün yenidən test götürülməsi üçün dövlət poliklinikasına müraciət edib. Bu zaman ona bildirilib ki, koronavirusa görə test dövlət hesabına pulsuz olaraq vətəndaşlardan bir dəfə götürülür. Növbəti dəfə virusun olub-olmadığını öyrənmək üçün testi ödənişlə özəl klinikalarda vermək lazımdır.

Sputnik Azərbaycan-a Səhiyyə Nazirliyindən bildirilib ki, bununla bağlı məsələyə artıq aydınlıq gətirilib: "Səhiyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən işçi qrupunun üzvü Nailə Daşdəmirova yaxmaların götürülməsi ilə bağlı bəzi məqamlara aydınlıq gətirib. COVID-19 infeksiyası ilə əlaqədar poliklinikalar tərəfindən yaxmaların götürülməsi aşağıdakı qaydada həyata keçirilir: vətəndaş özündə hər hansı bir narahatlıq hiss edərsə, dərhal sahə həkimi və ya 814 çağrı mərkəzinə müraciət etməlidir. Sahə həkimi vətəndaşda COVID-19-a şübhə aşkarlayarsa, məlumatlar təhkim olunduqları məntəqəyə göndərilir. Məntəqə işçiləri tərəfindən ev şəraitində yaxma götürülür. Məntəqələr tərəfindən yaxmaların hər gün səhər saat 08:00-dan 15:00-a qədər götürülməsini diqqətə çatdırılıb. 15:00-dan 18:00-a qədər isə nəticəsi pozitiv çıxmış xəstələrə vitamin komplekslərinin paylanması məntəqə işçiləri tərəfindən icra edilir. Sahə həkimləri koronavirusa yoluxmuş evdə nəzarətdə olan xəstənin vəziyyətini 14 gün ərzində gündəlik müşahidə edir. Xəstəliyi simptomsuz və ya yüngül simptomlarla keçirən vətəndaşlar evdə müalicə almaq üçün dövlət tərəfindən vitamin kompleksi ilə təmin olunurlar. Kompleksə vitamin C, vitamin D3, Maqnezium, Sink, Selen və Parasetamol kimi preparatlar daxildir. Adı çəkilən preparatların qəbulu müalicə və xəstəliyin gedişatı ərzində yaranma ehtimalı olan fəsadların qarşısını almaq məqsədilə xəstələrə təyin olunur. Evdə nəzarətdə saxlanılan şəxslərə sahə poliklinikaları tərəfindən göstərilən xidmətə antibiotik və antivirus əleyhinə preparatların verilməsi, eləcə də venadaxili inyeksiyalar daxil deyil".

Nazirlikdən bildirilir ki, bəzi vətəndaşlar evdə nəzarət müddəti bitdikdən sonra yenidən yaxma tələb edirlər. Nəzarətə götürülən xəstədə 14 gün bitdikdən sonra heç bir şikayət yoxdursa, vətəndaş tam sağalmış hesab olunur: "Ondan yenidən yaxmanın götürülməsinə ehtiyac yoxdur. Əgər 14 gün bitdikdən sonra xəstədə şikayətlər davam edərsə, bu vəziyyət sahə həkim tərəfindən dəyərləndirilərək, xəstəlik müddəti uzadıla bilər".

Xəbər lenti
0