Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Avropa Dərman Agentliyi "AstraZeneca"-nın qanda laxtalanmaya səbəb olduğunu təsdiqlədi

© AFP 2023 / HANNIBAL HANSCHKEВакцина AstraZeneca, фото из архива
Вакцина AstraZeneca, фото из архива - Sputnik Azərbaycan, 1920, 06.04.2021
Abunə olmaq
EMA-nın nümayəndəsi: "Məncə, artıq bunu söyləyə bilərik: Açıq-aşkar qan laxtalanması ilə peyvənd arasında əlaqə var".

BAKI, 6 aprel — Sputnik. Avropa Dərman Agentliyi "AstraZeneca"nın qanda laxtalanmaya səbəb olduğunu rəsmi şəkildə təsdiqlədi.

Avropa Dərman Agentliyinin səlahiyyətli nümayəndəsi Marko Kavaleri İtaliya mətbuatına verdiyi açıqlamada "AstraZeneca" peyvənd preparatının qan laxtalanmasına səbəb olduğunu təsdiqləyib. Bu barədə "CNN Türk" məlumat yayıb.

"Məncə, artıq bunu söyləyə bilərik:Açıq-aşkar qan laxtalanması ilə peyvənd arasında əlaqə var", – deyə o bildirib.

Qeyd edək ki, bir müddət bundan əvvəl "AstraZeneca" vaksininin qanda laxtalanmaya səbəb olduğu barədə məlumat verilmişdi. Bu səbədən bir sıra ölkələr, o cümlədən, Danimarka, İsveç, Almaniya, Fransa, İtaliya vaksinasiya prosesini dayandırmışdı.

Avropa Dərman Agentliyinin direktoru Emer Kuk isə bu barədə açıqlama verərək bildirmişdi ki, "AstraZeneca" peyvəndi tamamilə təhlükəsizdir: "Bu, çox effektli və təhlükəsiz peyvənddir. Peyvəndin insanları koronavirusdan qoruması ilə bağlı faydaları ehtimal olunan risklərindən daha çoxdur".

Qeyd edək ki, Azərbaycana da "AstraZeneca" peyvəndi gətirilib.

Xəbər lenti
0