12:37 17 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0222
  • EUR2.0331
SƏHİYYƏ
Qısa URL
3710

Mütəxəssislər xəbərdarlıq ediblər ki, heç də bütün meyvə və tərəvəzlər orqanizmə eyni cür fayda vermir.

BAKI, 4 aprel - Sputnik. Alimlər ömür sürəyini artırmaq üçün ən yaxşı qida rejimini hesablayıblar. 

Sputnik Azərbaycan bildirir ki, bu barədə Science and Technology Daily portalı yazır.

Çinli mütəxəssislər Şimali və Cənubi Amerika, Avropa, Asiya, Afrika və Avstraliyanın 29 ölkəsindən 1.9 milyon insanın iştirak etdiyi qida vərdişləri barədə 26 müxtəlif tibbi araşdırmanın nəticələrini müqayisə ediblər.

Məlum olub ki, gündəlik beş porsiya meyvə-tərəvəzin istehlakı ən aşağı ölüm riskləri ilə mütənasib olub. Gün ərzində beş porsiya meyvə-tərəvəz yeyən iştirakçıların ömrü daha uzun olub, müxtəlif səbəblərdən ölüm riski 13, ürək-damar xəstəliklərindən ölüm riski 12, xərçəngdən - 10, respirator xəstəliklərdən ölüm riski isə 35% azalıb. 

Ancaq mütəxəssislər xəbərdarlıq ediblər ki, heç də bütün meyvə və tərəvəzlər orqanizmə eyni cür fayda vermir. Məsələn, nişastalı tərəvəzin - noxud, qarğıdalı, kartof - istehlakı müxtəlif səbəblərdən və ya müəyyən xroniki xəstəliklərdən ölüm riskini azaltmır. Yaşıl, yarpaqlı tərəvəzlər, eləcə də beta-karotin və C vitamini ilə zəngin olan (sitrus, giləmeyvə və kök) meyvələr daha faydalı hesab olunub.

Teqlər:
meyvə, tərəvəz, rejim, qida, uzun ömür

Əsas mövzular