12:58 19 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0223
  • EUR2.0328
SƏHİYYƏ
Qısa URL
7 0 0

Ombudsman bildirib ki, özəl tibb müəssisələrində pasiyentlərlə bağlı müxtəlif problemlər müşahidə olunmaqdadır. "Pasiyentlərin hüquqları haqqında" qanunun qəbul edilməsi üzrə işlər sürətləndirilməlidir.

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 2 aprel — Sputnik. "Özəl tibb müəssisələrinə nəzarət gücləndirilməlidir".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Ombudsmanı Səbinə Əliyeva Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) illik məruzəsini təqdim edərkən deyib.

Ombudsman bildirib ki, özəl tibb müəssisələrində pasiyentlərlə bağlı müxtəlif problemlər müşahidə olunmaqdadır: "Özəl tibb müəssisələrində müalicə, müayinə, profilaktika və digər işlərə nəzarət gücləndirilməlidir".

Ombudsman qeyd edib ki, "Pasiyentlərin hüquqları haqqında" qanunun qəbul edilməsi üzrə işlər sürətləndirilməlidir.

Digər bir məsələyə toxunan Ombudsman bildirib ki, pandemiya dövründə distant təhsil məsələsi aktuallaşıb: "Bütün uşaqların distant təhsilə qoşulması üçün lazımi şərait yaradılmalıdır. Kənd yerlərində bir sıra hallarda internetin olmaması, texniki təchizatın olmaması uşaqların vaxtında dərslərə qoşulmasına mane olur. Bu problemlərin aradan qaldırılması üçün müvafiq tədbirlər görülməlidir”.

Teqlər:
nəzarət, xəstəxana, özəl, ombudsman

Əsas mövzular