03:21 14 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0220
  • EUR2.0215
SƏHİYYƏ
Qısa URL
Azərbaycanda COVID-19 əleyhinə vaksinasiya (60)
33 0 0

Həmçinin 84 min doza "AstraZeneca" və 218 790 doza “Pfizer-BioNTech” vaksinlərinin müvafiq olaraq aprelin 5-də və 8 həftə ərzində Azərbaycana tədarükü barədə razılaşma əldə olunub.

BAKI, 1 aprel - Sputnik. "10 gün əvvəl Çinlə Azərbaycan arasında bağlanan 5 milyon doza ilə bağlı müqaviləyə əsasən Azərbaycana bu gün peyvənd gətirilib".

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında Səhiyyə nazirinin müavini Viktor Qasımov deyib. O bildirib ki, bu gün 500 min doza "CoronaVac” vaksini gətirilib.

Qeyd edək ki, martın 30-da İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyevin GAVİ (Vaksin və İmmunizasiya üzrə Qlobal Alyansı) təşkilatının Kommunikasiya üzrə baş meneceri Rozi Qrivs və UNICEF-in (BMT-nin Uşaq Fondu) ölkəmizdəki nümayəndəliyinin rəhbəri Edvard Karvardin ilə onlayn formatda görüşü olub. Görüş zamanı 84 min doza "AstraZeneca" və 218 790 doza “Pfizer-BioNTech” vaksinlərinin müvafiq olaraq aprelin 5-də və 8 həftə ərzində Azərbaycana tədarükü barədə razılaşma əldə olunub.

Mövzu:
Azərbaycanda COVID-19 əleyhinə vaksinasiya (60)
Teqlər:
Sinovac Biotech, Azərbaycan, Çin, vaksin

Əsas mövzular