17:22 15 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0223
  • EUR2.0357
SƏHİYYƏ
Qısa URL
59 0 0

Ekspert bildirib ki, 1 maska uzun müddət istifadə olunduqda bu zaman qurd ola bilərEkspert bildirib ki, 1 maska uzun müddət istifadə olunduqda bu zaman qurd ola bilər

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 31 mart — Sputnik. "Maskada qurd ola bilməz. Bunlar yalan məlumatdır. Cərrahlar da bu maskalardan isitfadə edirlər. Apteklərdə satılan maskalar istehlak üçün tam yararlıdır". Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında Azərbaycan Tibb Universitetinin dosenti Ədalət Rüstəm deyib.

O bildirib ki, 1 maska uzun müddət istifadə olunduqda bu zaman qurd ola bilər: "Bu maskaların istifadə müddəti 2 saatdır. Bir maska 1 ay istifadə olunduqda, belə olacaq. Camaat maskanı qatlayıb cibinə qoyur, polis görəndə taxır".

"Maskada o zaman qurd ola bilər ki, onu taxan şəxsin özünün də qurdu olsun, onu ayda bir dəfə dəyişsin. Gözündə, burnunda, qulağında qurd ola bilər və bu zaman parazitlər maskaya keçə bilər", - deyə Ə.Rüstəm bildirib.

Əsas mövzular