Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Azərbaycanda koronavirusa yoluxmada və ölümdə qorxunc artım qeydə alındı

© Sputnik / Murad OrujovBakıda klinikaların birində koronavirus testi
Bakıda klinikaların birində koronavirus testi - Sputnik Azərbaycan, 1920, 31.03.2021
Abunə olmaq
Azərbaycanda indiyədək ümumilikdə 261713 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 238125 nəfər müalicə olunaraq sağalıb, 3567 nəfər vəfat edib, aktiv xəstə sayı 20021 nəfərdir.

BAKI, 31 mart — Sputnik. Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2237 yeni yoluxma faktı qeydə alınıb, 787 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 261713 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 238125 nəfər müalicə olunaraq sağalıb, 3567 nəfər vəfat edib, aktiv xəstə sayı 20021 nəfərdir.

Son sutka ərzində 14885, hazırkı dövrədək isə 2873658 test aparılıb.

Xatırladaq ki, ötən gün Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2146 yeni yoluxma faktı qeydə alınıb, 838 nəfər müalicə olunaraq sağalıb, analiz nümunələri müsbət çıxmış 25 nəfər vəfat edib.

 

 

Xəbər lenti
0