Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Bayden: Koronavirusun mənşəyi haqqında öz nəzəriyyələrim var

© AFP 2023 / MANDEL NGANДжо Байден, фото из архива
Джо Байден, фото из архива - Sputnik Azərbaycan, 1920, 27.03.2021
Abunə olmaq
ABŞ hakimiyyəti daha əvvəl qeyd edib ki, Amerika tərəfi yeni koronavirusun Uhan laboratoriyasında yaranması haqqında versiyaları nəzərdən keçirir və onun mənşəyini müəyyənləşdirmək niyyətindədir.

BAKI, 27 mart - Sputnik. ABŞ prezidenti Cozef Bayden bildirib ki, koronavirus pandemiyasının mənşəyi haqqında onun öz nəzəriyyələri var.

Bu barədə “Report” xəbər verir.

Ağ Ev rəhbəri bununla belə, alimlərin son fikirlərini gözləyəcək.

"Mənim nəzəriyyələrim var, amma mən alim deyiləm. Elmi ictimaiyyət bu qərarı verənə qədər gözləyəcəyəm", - Bayden jurnalistlərin ABŞ rəhbərinin COVID-19-un mənşəyi haqqında nəzəriyyələrinin olub-olmaması barədə suallarına cavabında bildirib.

Daha əvvəl ABŞ-ın CDC tibb tənzimləyicisinin keçmiş rəhbəri Robert Redfild bildirib ki, onun fikrincə koronavirus Çin laboratoriyasında ortaya çıxıb və 2019-cu ilin sentyabr və ya oktyabrında Uhanda yayılmağa başlayıb.

ABŞ hakimiyyəti daha əvvəl qeyd edib ki, Amerika tərəfi yeni koronavirusun Uhan laboratoriyasında yaranması haqqında versiyaları nəzərdən keçirir və onun mənşəyini müəyyənləşdirmək niyyətindədir.

Xəbər lenti
0