Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

ÜST: Dünyada pandemiyanın kəskin mərhələsi hələ bitməyib

© AFP 2023 / FABRICE COFFRINIШтаб-квартира Всемирной организации здравоохранения (ВОЗ) в Женеве, фото из архива
Штаб-квартира Всемирной организации здравоохранения (ВОЗ) в Женеве, фото из архива  - Sputnik Azərbaycan, 1920, 26.03.2021
Abunə olmaq
Kerkhove Yeni il şənliklərindən sonra virusun yayılmasında kəskin artım müşahidə olduğunu bir daha xatırladıb.

BAKI, 26 mart - Sputnik. Dünyada hələ də koronavirus infeksiyasının yayılmasının kəskin mərhələsi müşahidə olunur.

APA xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Səhiyyə sahəsi üzrə fövqəladə vəziyyətlər proqramının texniki rəhbəri Mariya Van Kerkhove deyib.

“Biz virusun yayılmasında artım əlamətləri görürük. Hələ də pandemiyanın kəskin mərhələsindəyik”, - deyə Van Kerkhove brifinq zamanı ÜST tərəfindən COVID-19-un üçüncü dalğasının qeydə alınıb-alınmamasına dair sualı cavablandırarkən bildirib.

O, qarşıdan gələn bayram istirahətləri zamanı (aprelin əvvəllərində Avropada Pasxa qeyd olunur) xüsusi diqqətli olmağa çağırıb və Yeni il şənliklərindən sonra virusun yayılmasında kəskin artım müşahidə olduğunu bir daha xatırladıb.

Xəbər lenti
0