CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda indiyədək peyvənd olunanların sayı açıqlandı

© AP Photo / Dmitri LovetskyМедработник с вакциной "Спутник V" от коронавируса COVID-19, фото из архива
Медработник с вакциной Спутник V от коронавируса COVID-19, фото из архива  - Sputnik Azərbaycan, 1920, 24.03.2021
Abunə olmaq
Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, hazırkı dövrədək ölkədə koronavirus infeksiyasına qarşı 494,403 nəfər peyvəndlənib.

BAKI, 24 mart - Sputnik. Martın 23-də Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına qarşı 22,966 nəfər vaksinasiya olunub.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Hazırkı dövrədək ölkədə koronavirus infeksiyasına qarşı 494,403 nəfər peyvəndlənmə prosesində iştirak edib. Vaksinasiya bütün rayonlarda uğurla davam etdirilir.

Xəbər lenti
0