12:23 19 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0223
  • EUR2.0328
SƏHİYYƏ
Qısa URL
32 0 0

"Yanvarın ortalarında yumşalma tədbirlərindən sonra artım gözlənilən idi. Baxmayaraq ki, bu zaman dalğa sözünü istifadə etməkdən çəkinirik".

BAKI, 19 mart — Sputnik. "Koronavirusa ən çox yoluxma faizi Bakıdadır. Hazırda paytaxtda yoluxmalar 52,9 % təşkil edir. Abşeron, Sumqayıt, Gəncə-Qazax bölgəsində il ərzində olduğu kimi yoluxmalar çox olaraq qalır. Bakı şəhərinin Xətai, Yasamal, Binəqədi rayonlarında yoluxmaların faizi yüksəkdir".

Sputnik Azərbaycan-ın məlumatına görə, bu sözləri bu gün Operativ Qərərgahın brifinqində Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva deyib.

O, bildirib ki, son günlər test edilənlər içərisində yoluxma sayı çox olub: "Dekabrın sonlarında sərt karantinə keçəndən sonra yoluxanların sayı azalmışdı. Yanvarın ortalarında yumşalma tədbirlərindən sonra artım gözlənilən idi. Baxmayaraq ki, bu zaman dalğa sözünü istifadə etməkdən çəkinirik. Lakin mövcud cədvələ baxanda bunu aydın görmək olar".

Əsas mövzular