Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Oğuz sakini bayrama bir gün qalmış qəzanın qurbanı oldu

© Sputnik / Ibrahim HashimovOğuzda yol-nəqliyyat hadisəsi
Oğuzda yol-nəqliyyat hadisəsi - Sputnik Azərbaycan, 1920, 19.03.2021
Abunə olmaq
Meyit müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Oğuz rayon şöbəsinə təhvil verilib.

İbrahim Həşimov, Sputnik Azərbaycan

BAKI, 19 mart — Sputnik. Oğuzda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. Sputnik Azərbaycan-ın bölgə müxbirinin məlumatına görə, hadisə bu gün günorta saatlarında Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Oğuz rayonunun Kərimli kəndi ərazisindən keçən hissəsində baş verib.

© Sputnik / Ibrahim HashimovOğuzda yol-nəqliyyat hadisəsi
Oğuz sakini bayrama bir gün qalmış qəzanın qurbanı oldu - Sputnik Azərbaycan, 1920, 19.03.2021
Oğuzda yol-nəqliyyat hadisəsi

"Mercedes" markalı, 99 DS 224 dövlət nömrə nişanlı minik avtomobili Kərimli kənd sakini, 56 yaşlı Çingiz Abdurahman oğlu Tahirovu vurub.

Ç. Tahirov aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. Meyit müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Oğuz rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
0