Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Ermənistanda koronavirusdan ölənlərin sayı kəskin artdı

© AFP 2023 / JOEL SAGETТело человека, умершего от COVID-19
Тело человека, умершего от COVID-19 - Sputnik Azərbaycan, 1920, 13.03.2021
Abunə olmaq
Ermənistanda son gündə daha 10 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 3 253-ə çatıb. Xəstəlikdən sağalanların sayı 165 975 nəfər olub.

 

BAKI, 13 mart — Sputnik. Ermənistanda koronavirusa yoluxanların sayı 177 899-a çatıb. Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistanın Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzinin yaydığı məlumatda bildirilib.

Məlumatda qeyd olunub ki, bir gündə bu virusa yoluxanların sayı daha 795 nəfər artıb.

Ermənistanda son gündə daha 10 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 3 253-ə çatıb. Xəstəlikdən sağalanların sayı 165 975 nəfər olub. Hazırda bu ölkədə 7 835 nəfər xəstəxanada müalicə alır.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 119 milyonu keçib, 2,63 milyondan çox adam isə virus səbəbi ilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Xəbər lenti
0