Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Bu koronavirus peyvəndi qanı laxtalandırır

© AP Photo / Alessandra TarantinoВакцина AstraZeneca, фото из архива
Вакцина AstraZeneca, фото из архива - Sputnik Azərbaycan, 1920, 12.03.2021
Abunə olmaq
Beş ölkənin ardınca Danimarka da bu firmanın istehsal etdiyi COVID-19-a qarşı peyvənd preparatının tətbiqini dayandırdı.

BAKI, 12 mart — Sputnik. Bu gündən etibarən Danimarkada koronavirus əleyhinə "AstraZeneca" peyvəndinin tətbiqi dayandırılıb.

"Haberglobal"ın yaydığı məlumata görə, buna səbəb preparatın vurulduğu insanlarda ciddi əlavə təsirlərin müşahidə olunmasıdır. Beləliklə, Avstriya, Lüksemburq, Estoniya, Litva və Latviyadan sonra Danimarka "AstraZeneca" preparatının təhlükəsizliyini şübhə altına alan altıncı ölkə olub. Danimarkanın səhiyyə nazirliyindən bu barədə verilən məlumatda bildirilir ki, ölkədə "AstraZeneca" peyvəndi vurulan insanlarda əlavə təsir kimi qan laxtalanması əmələ gəldiyi üçün preparatın tətbiqinə müvvəqqəti olaraq fasilə verilir.

Qeyd edək ki, bir qədər bundan əvvəl Avropa İttifaqının (Aİ) dərman preparatları üzrə tənzimləyici qurumu olan EMA-dan verilən açıqlamada "AstraZeneca" tərəfindən yeni tip koronavirusa qarşı istehsal olunmuş peyvənd preparatının "ABV5300" nömrəli partiyasının qanda laxtalanmaya səbəb olduğu və bunun bir nəfərin ölümü ilə nəticələndiyi bildirilmişdi. Martın 9-a olan məlumata görə, ümumilikdə Avropa ölkələrində "AstraZeneca" preparatı ilə vaksinasiya olunmuş 3 milyon nəfərdən 22-də qan laxtalanması müşahidə edilib.

1 milyon dozadan ibarət "ABV5300" nömrəli peyvənd partiyası 17 Aİ ölkəsinə göndərilib. Martın 9-dan etibarən yuxarıda adı çəkilən dövlətlər bu peyvənddən istifadəni dayandırıblar.

296 mindən artıq vətəndaşına Oksford Universiteti ilə "AstraZeneca" firması tərəfindən birgə istahsal olunmuş koronavirus peyvəndi vurulan Cənubi Koreyada isə vaksinasiyadan sonra 7 nəfərin dünyasını dəyişməsi səbəbindən cinayət işi açılıb.

Xəbər lenti
0