Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Azərbaycanda virusa yoluxma yüz-yüz artır

© AFP 2023 / LOIC VENANCEТест на коронавирус, фото из архива
Тест на коронавирус, фото из архива - Sputnik Azərbaycan, 1920, 11.03.2021
Abunə olmaq
İndiyədək ölkədə ümumilikdə 238 383 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 230 244 nəfər müalicə olunaraq sağalıb, 3 262 nəfər vəfat edib

BAKI, 11 mart — Sputnik. Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 608 yeni yoluxma faktı qeydə alınıb, 128 nəfər sağalaraq evə buraxılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 5 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 238 383 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 230 244 nəfər müalicə olunaraq sağalıb, 3 262 nəfər vəfat edib, aktiv xəstə sayı 4 877-dir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 503, bu günə qədər isə ümumilikdə 2 682 116 test icra olunub.

Xəbər lenti
0