08:09 11 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0221
  • EUR2.0237
SƏHİYYƏ
Qısa URL
6610

Azərbaycan Çinin "Sinovac" şirkətinin "CoronaVac" peyvəndindən əlavə, daha iki fərqli şirkətin COVID-19 əleyhinə vaksinini alacaq.

BAKI, 11 mart — Sputnik. Baş nazir Əli Əsədov koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması və bu sahədə immunizasiya tədbirlərinin həyata keçirilməsi məqsədilə sərəncam imzalayıb.

Sputnik Azərbaycan xəbər verir ki, sənəddə deyilir:

"İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə Rusiya Federasiyasının "HUMAN VACCINE" MMC Şirkəti arasında imzalanmış dərman vasitəsinin tədarükünə dair təchizat Sazişinə əsasən 300 000 (üç yüz min) doza "Sputnik V" dərman vasitəsinin Azərbaycan Respublikasına idxalı 180 (yüz səksən) gün müddətində həyata keçirilsin".

Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə bu Sərəncamdan irəli gələn məsələlərin həllini təmin etmək tapşırılıb.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Qeyd edək ki, sərəncam "Dərman vasitələri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 fevral tarixli 528 nömrəli Fərmanının 2.1-ci bəndinə uyğun olaraq sərəncam imzalanıb.

Baş nazir Əli Əsədov hımçinin "AztraZeneca" vaksinin alınması barədə də Sərəncam imzalayıb. Sərəncamda deyilir: "İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə GAVİ ALLİANCE arasında imzalanmış dərman vasitəsinin tədarükünə dair 2020-ci il 18 sentyabr tarixli Sazişə əsasən, İsveç Krallığının “AztraZeneca” Şirkətinə məxsus 432 000 doza COVID-19 vaksin dərman vasitəsinin Azərbaycan Respublikasına idxalı 180 (yüz səksən) gün müddətində həyata keçirilsin".

Teqlər:
Rusiya, Azərbaycan, Sputnik-V peyvəndi, vaksinasiya, vaksin

Əsas mövzular