08:00 11 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0221
  • EUR2.0237
SƏHİYYƏ
Qısa URL
Azərbaycanda COVID-19 əleyhinə vaksinasiya (59)
26 0 0

Azərbaycanda 2021-ci il yanvarın 18-dən əhalinin risk qrupuna aid kateqoriyasının vaksinasiyasına başlanılıb

 

BAKI, 11 mart — Sputnik. Martın 10-da Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına qarşı 11 447 nəfər vaksinasiya olunub. Bu barədə Sputnik Azərbaycan-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Qeyd olunub ki, hazırkı dövrədək ölkədə koronavirus infeksiyasına qarşı 436 849 nəfər peyvəndlənmə prosesində iştirak edib: "Vaksinasiya bütün rayonlarda uğurla davam etdirilir".

Azərbaycanda 2021-ci il yanvarın 18-dən əhalinin risk qrupuna aid kateqoriyasının vaksinasiyasına başlanılıb. Vaksinasiyada Çinin SinoVac şirkətinin CoronaVac peyvəndindən istifadə olunur.

Mövzu:
Azərbaycanda COVID-19 əleyhinə vaksinasiya (59)
Teqlər:
statistika, Azərbaycan, vaksinasiya, vaksin

Əsas mövzular