05:04 20 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0223
  • EUR2.0328
SƏHİYYƏ
Qısa URL
Azərbaycanda koronavirus: son xəbərlər (440)
612 0 0

İndiyədək ölkədə ümumilikdə 237 260 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 229 915 nəfər müalicə olunaraq sağalıb, 3 250 nəfər vəfat edib

 

BAKI, 9 mart — Sputnik. Azərbaycanda son sutka ərzində koronavirus infeksiyasına 297 yeni yoluxma faktı qeydə alınıb, 126 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Sputnik Azərbaycan-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Bildirilib ki, son sutkada 3 nəfər COVID-19-dan vəfat edib.

Qeyd edək ki, ötən gün sutka ərzində yoluxma sayı bu günə nisbətən 102 nəfər az, ölüm sayı isə iki dəfə çox olmuşdu.

İndiyədək ölkədə ümumilikdə 237 260 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 229 915 nəfər müalicə olunaraq sağalıb, 3 250 nəfər vəfat edib. Hazırda 4 095 aktiv xəstə var.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 152, bu günə qədər isə ümumilikdə 2 663 151 test icra olunub.

Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər (440)
Teqlər:
Koronavirus, epidemiya, COVID-19, ölüm, yoluxma, Azərbaycan, statistika, test

Əsas mövzular