Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Azərbaycanda dövlət hesabına böyrək köçürülənlərin sayı açıqlandı

© AFP 2023 / PIERRE-PHILIPPE MARCOUТрансплантация почки, фото из архива
Трансплантация почки, фото из архива - Sputnik Azərbaycan, 1920, 09.03.2021
Abunə olmaq
Ötən il 3,6 minə yaxın xəstə dövlət hesabına proqramlı hemodializ seansları və müvafiq dərman preparatları ilə təmin olunub

BAKI, 9 mart — Sputnik. Hazırda Azərbaycanda 689 süni böyrək cihazı ilə təchiz edilən 45 hemodializ mərkəzi mövcuddur. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Nazirlər Kabinetinin 2020-ci ilə dair hesabatında bildirilib.

Человек с болью в правом боку  - Sputnik Azərbaycan, 1920, 19.09.2020
Bu il böyrək çatışmazlığından əziyyət çəkənlərə böyrək köçürülməyib - SƏBƏB

Hesabatda qeyd olunub ki, ötən il 3,6 minə yaxın xəstə dövlət hesabına proqramlı hemodializ seansları və müvafiq dərman preparatları ilə, 1000-dən artıq böyrək köçürülən xəstə ilə immunosupressiv preparatlarla tam həcmdə təmin olunub.

Sənədə əsasən, ötən il 1,1 min yeni xəstə proqramlı hemodializ seanslarına qəbul edilib. 135 nəfər Səhiyyə Nazirliyinin müvafiq əmrləri ilə dövlət hesabına böyrək köçürmə əməliyyatlarının icra olunması üçün yüksək maliyyə tələb edən donor-resipiyent uyğunluğu müayinələrindən keçirilməsi məqsədilə aidiyyəti tibb müəssisələrinə göndərilib. Bunlardan uyğun gələn 18 xəstəyə böyrək nəqli əməliyyatı icra edilib, daha 14 xəstənin əməliyyat vaxtı təyin edilib.

Xəbər lenti
0