CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda yüz iyirmi min əcnəbi üçün "yaşıl işıq"

© Photo : State Migration Service of the Republic of AzerbaijanМигранты у здания Государственной миграционной службы Азербайджана
Мигранты у здания Государственной миграционной службы Азербайджана - Sputnik Azərbaycan, 1920, 05.03.2021
Abunə olmaq
Azərbaycanda vaksinasiyanın əhatə dairəsi genişlənir. Bizimlə yanaşı, xaricdən gələn və yerli əhali ilə sıx təmasda olan əcnəbilərin də sağlam olmaları şərtdir. Bəs onların vaksinasiyası necə aparılır?

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 4 mart — Sputnik. Bu gün ölkəmizdə rəsmi qeydiyyatda olan 120 minə yaxın xarici ölkə vətəndaşı var ki, onlar Azərbaycanda yaşadıqlarından əhali ilə sıx təmasda olurlar.

Вакцина CoronaVac компании Sinovac Biotech, фото из архива - Sputnik Azərbaycan, 1920, 04.03.2021
CƏMİYYƏT
Səhiyyə Nazirliyindən vaksin qəbul edənlərlə bağlı vacib açıqlama
Azərbaycanda qeydiyyatda olan əcnəbilər arasında da vaksinasiya kriteriyalarına uyğun gələnlər var. Sputnik Azərbaycan ölkəmizdə qeydiyyatda olan xarici ölkə vətəndaşlarının COVID-19 əleyhinə vaksinasiyasının necə aparıldığını araşdırıb.

Səhiyyə Nazirliyindən Sputnik Azərbaycan-a bildirilib ki, bu gün ölkəmizdə rəsmi qeydiyyatda olan əcnəbilər Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası"nda nəzərdə tutulan kateqoriyaya aid olduqları halda onların peyvənd olunmasında heç bir problem yoxdur:

"Azərbaycanda iş icazəsi əsasında, eləcə də müvəqqəti və daimi yaşama əsasında icazəsi olanlar ərazi üzrə qeydiyyatda olduqları poliklinikalara müraciət edərək vaksin edilə bilərlər. Bunun üçün xarici ölkə vətəndaşı kimliyini təsdiq edən və Azərbaycanda müvəqqəti yaşama icazəsi olduğu sənədi poliklinikaya təqdim etməklə COVID-19 əleyhinə peyvənd edilə bilərlər".

Əlaqə saxladığımız poliklinikalardan da eyni cavabı verdilər. S.Əfəndiyev adına 2 saylı poliklinikadan Sputnik Azərbaycan-a bildirdilər ki, ölkəmizdə yaşama icazəsi olan əcnəbilər vaksin olunmaq üçün pasport və yaşama icazəsini təsdiq edən sənədi poliklinikaya təqdim etməklə vaksin oluna bilərlər.

Məlumat üçün qeyd edək ki, Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər bunun üçün müvafiq icazə almalıdırlar.

Avropaya gedənlərdən vaksin sertifikatı tələb olunacaq>>

Azərbaycanda 2021-ci il yanvarın 18-dən əhalinin risk qrupuna aid kateqoriyasının vaksinasiyasına başlanılıb və getdikcə əhatə dairəsi genişlənir. Məsələn, martın 3-də təhsil işçiləri də COVID-19 əleyhinə vaksinasiyaya qoşulublar. Ölkə əhalisinin vaksinasiyası "Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası"na əsasən, iki mərhələdə aparılır. Birinci mərhələdə səhiyyə işçiləri və 65 yaşdan yuxarı şəxslər, hüquq-mühafizə orqanları tərəfindən əks-epidemik tədbirlərə cəlb olunan heyət; ikinci mərhələdə isə tibbi cəhətdən yüksək risk qrupu vaksin edilib. İkinci mərhələdə isə 50 yaş və daha yuxarı, ən azı bir xroniki xəstəliyi olan şəxslər; təhsil və sosial sektorda çalışanlar, sosial müəssisələrdə daimi yaşayanlar və digərlərinin vaksinasiyası aparılır.

Vaksinasiyada Çinin Sinovac şirkətinin CoronaVac peyvəndindən istifadə olunur.

Xəbər lenti
0