05:49 21 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0507
  • RUB0.0223
SƏHİYYƏ
Qısa URL
25 0 0

Türkiyədə aparılan xüsusi elmi tədqiqatdan sonra peyvənd preparatının ən çox rast gəlinən əlavə təsirləri də müəyyənləşdirilib

 

BAKI, 3 mart — Sputnik. Türkiyədə Çinin "Sinovac" şirkətinin istehsal etdiyi "CoronaVac" peyvəndinin 3-cü faza nəticələri açıqlanıb. Sputnik Azərbaycan Türkiyənin NTV kanalına istinadla xəbər verir ki, həmin nəticələrə əsasən, "CoronaVac" preparatı COVID-19-a qarşı 83,5 faiz effektlidir. Eyni zamanda, peyvəndin yoluxmuş şəxslərin xəstəxanaya düşməsinin qarşısını 100 faiz aldığı müəyyənləşdirilib. Bu barədə elmi tədqiqat Türkiyənin Hacettepe Universitetində aparılıb.

Sputnik / ruptly / Sputnik V @sputnikvaccine / Macarıstan XİN

Yayılan məlumatda "CoronaVac" peyvəndinin əlavə təsirləri də sadalanır. Bunların sırasında birinci yeri ümumi əzginlik tutur. Peyvənd olunanların 9,8 faizində bu hal müşahidə olunub. Bundan başqa, vaksinasiya olunanlarda baş ağrısı (7,6%), əzələ ağrısı (3,8%), qızdırma (2,5 %), titrəmə (2,4%) də qeydə alınıb. Ən çox rast gəlinən lokal xarakterli əlavə təsir isə inyeksiya yerində bir müddət ağrı hissinin qalmasıdır.

Qeyd edək ki, Azərbaycanda da vaksinasiya prosesi Çinin "Sinovac" şirkətinin istehsal etdiyi "CoronaVac" peyvəndi ilə aparılır. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən son məlumata görə, indiyə kimi ölkəmizdə yeni koronavirus (COVID-19) infeksiyasına qarşı ümumilikdə 313,582 nəfər peyvəndlənmə prosesində iştirak edib. Hazırda vaksinasiya prosesi respublikanın bütün rayonlarında davam etdirilir.

 

Teqlər:
Sinovac Biotech, peyvənd, Koronavirus, epidemiya, COVID-19

Əsas mövzular