CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Məşhur həkim ağrıkəsici dərmanların ölümcül təsirini açıqladı

© AFP 2023 / KHALIL MAZRAAWIТаблетки, фото из архива
Таблетки, фото из архива - Sputnik Azərbaycan, 1920, 03.03.2021
Abunə olmaq
"Ümumiyyətlə, istənilən dərman insana ziyan vura bilər. Bir daha xatırlatmaq istəyirəm: dərmanla zəhər yalnız dozasına görə bir-birindən fərqlənir".

BAKI, 3 mart — Sputnik. Məşhur həkim və teleaparıcı Aleksandr Myasnikov "O samom qlavnom" adlı proqramda qeyri-steroid iltihab əleyhinə ağrıkəsici preparatların ölümcül təsirindən danışıb. Sputnik Azərbaycan Rusiya mediasına istinadla xəbər verir ki, proqram YouTube-da yayımlanıb.

Həkimin sözlərinə görə, bu cür preparatlar, ilk növbədə, mədəyə kəskin ziyan vurur. Bundan başqa, qeyri-steroid iltihab əleyhinə ağrıkəsicilər qanaxmaya da səbəb ola bilər. 40 yaşlı pasiyentin əməliyyat otağına çatdırılana qədər yolda qanaxmadan öldüyünü yada salan Myasnikov bildirib ki, həmin şəxs hadisədən əvvəl yeddi ədəd ağrıkəsici həb qəbul edibmiş. Bu isə mədə xorasının kəskinləşməsinə və qanaxmaya səbəb olub.

Həkim onu da əlavə edib ki, qeyri-steroid iltihab əleyhinə ağrıkəsicilər infarkt və beyin iflici kimi ağır xəstəliklərə də gətirib çıxara bilər. "Odur ki yaşı 65-dən yuxarı olan və ürək çatışmazlığından əziyyət çəkən şəxslərə bu cür preparatların qəbulu qadağandır. Ümumiyyətlə, istənilən dərman insana ziyan vura bilər. Bir daha xatırlatmaq istəyirəm: dərmanla zəhər yalnız dozasına görə bir-birindən fərqlənir", – deyə mütəxəssis vurğulayıb.

Qeyd edək ki, qeyri-steroid iltihab əleyhinə ağrıkəsici preparatlar ağrını azaldır, hərarəti aşağı salır və iltihaba qarşı təsir göstərir. Bu preparatlar arasında ən çox bilinən dərmanlar – "Aspirin", "İbuprofen" və "Diklofenak"dır.

 

Xəbər lenti
0