01:32 27 Fevral 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0229
  • EUR2.0661
SƏHİYYƏ
Qısa URL
Yeni tip koronavirus pandemiyası (622)
20 0 0

ABŞ-ın bundan öncəki hakimiyyəti, xüsusilə sabiq prezidenti Donald Tramp və köməkçiləri, eləcə də sabiq dövlət katibi Mayk Pompeo koronavirusun laboratoriyada, özü də Çində yaradıldığını bəyan edirdilər

BAKI, 21 fevral - Sputnik. ABŞ administrasiyasının koronavirusun mənşəyi barədə nəticələr çıxarmağa səlahiyyəti yoxdur və bunu etmək üçün ÜST-ü əlindən gələni əsirgəməməyə çağırır. 

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu ABŞ Prezidenti Co Baydenin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan deyib.

 Rusiyada epdimioloji vəziyyət
© Russian Federal Service for Veterinary and Phytosanitary Surveillance (Rosselkhoznadzor)/Handout via REUTERS

"COVID-19-un dünyada necə peyda olduğu barədə danışmağa mənim haqqım yoxdur. Mənim haqqım ancaq ona çatır ki, ÜST-ü mümkün olduğu qədər öz işini tam həcmdə görməyə dəvət edim... COVID-19-un məhz harada əmələ gəldiyi barədə nəticələr çıxara biləcək mövqedə deyiləm, heç Baydenin administrasiyası da o mövqedə deyil", - Sallivan CBS-in efirində deyib. 

Onun sözlərinə görə, bunun bir səbəbi də koronavirusun mənşəyi məsələsində Çin hökumətinin kifayət qədər şəffaf olmamasıdır.

Qeyd edək ki, ABŞ-ın bundan öncəki hakimiyyəti, xüsusilə sabiq prezidenti Donald Tramp və köməkçiləri, eləcə də sabiq dövlət katibi Mayk Pompeo koronavirusun laboratoriyada, özü də Çində yaradıldığını bəyan edirdilər.

Mövzu:
Yeni tip koronavirus pandemiyası (622)
Teqlər:
Çin, ABŞ, Koronavirus, epidemiya, COVID-19

Əsas mövzular