18:27 27 Fevral 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0229
  • EUR2.0661
SƏHİYYƏ
Qısa URL
19 0 0

Birinci və ikinci barmaqların müvafiq daraq sümükləri ilə birgə olmaması, hər iki əldə baş barmaqların və ya digər iki barmağın olmaması halında III dərəcə əlillik müəyyən olunur.

BAKI, 19 fevral — Sputnik. Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə"də amputasiya hallarında hansı əlillik dərəcələrinin təyin olunduğu göstərilir.

Əsasnaməyə görə, aşağıdakı hallarda I dərəcə əlillik müddətsiz təyin edilir:

- iki ətrafın güdülü ("ətraflar" dedikdə ayaqlar və qollar, güdül dedikdə "amputasiya edilmiş, travmatik qopan hissə" başa düşülür);

- iki əlin hər birində baş barmaq daxil olmaqla üç barmağın olmaması və ya barmaqların funksional yararsız vəziyyətdə olması (işləməməsi);

- iki əlin baş barmaq istisna olmaqla dörd barmağının olmaması və ya barmaqların funksional yararsız vəziyyətdə olması (işləməməsi);

- hər iki əlin bilək oynağından amputasiyası.

Bu hallarda II dərəcə əlillik müddətsiz təyin edilir:

- bir budun güdülü;

- bir əlin güdülü.

Bu hallarda III dərəcə əlillik müddətsiz təyin edilir:

- bir əldə üç barmağın olmaması, ankilozu və ya kəskin kontrakturası (funksional yararsız vəziyyətdə olması);

- birinci və ikinci barmaqların müvafiq daraq sümükləri ilə birgə olmaması, hər iki əldə baş barmaqların və ya digər iki barmağın olmaması;

- baldırın güdülü, pəncənin (Piroqov üzrə və ya Şopar oynağından) amputasiyası, hər iki pəncənin (Şarp üzrə daraq sümüklərinin başı səviyyəsindən) amputasiyası (amputasiya dedikdə travmatik qopması).

Əsas mövzular