19:21 27 Fevral 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0229
  • EUR2.0661
SƏHİYYƏ
Qısa URL
Yeni tip koronavirus pandemiyası (623)
16 0 0

Sosial Elmlər Ali Məktəbinin professoru Andre Güterin sözlərinə görə, bu, şərti xarakter daşıyır, çünki SARS-CoV-2 molekullarının ölçüsü işığın dalğa uzunluğundan kiçikdir.

 

BAKI, 17 fevral — Sputnik. Alimlər koronavirus molekulunun necə göründüyünü və rəngini açıqlayıblar. Bu barədə "Le Parisien"-də məqalə dərc olunub.

"Koronavirusun əsl rəngi ağ-qaradır", - deyə Sosial Elmlər Ali Məktəbinin professoru Andre Güter izah edib. Onun sözlərinə görə, amma bu, şərti xarakter daşıyır, çünki SARS-CoV-2 molekullarının ölçüsü işığın dalğa uzunluğundan kiçikdir.

"Detalları daha yaxşı ayırmaq üçün qırmızı, sarı, mavi və ya çəhrayı kimi rənglərdən istifadə olunur. Eyni şey 3D şəkillər üçün də tətbiq olunur", – deyə Güter vurğulayıb.

Professor onu da qeyd edib ki, formasına görə koronavirus kürəcik yığınını xatırladır.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının son məlumatlarına görə, indiyə kimi dünyada 108,5 milyon nəfər koronavirusa yoluxub ki, onlardan 2,4 milyon nəfəri dünyasını dəyişib.

Mövzu:
Yeni tip koronavirus pandemiyası (623)
Teqlər:
Koronavirus, epidemiya, COVID-19

Əsas mövzular