CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Vaksinin varsa, deməli zənginsən

© AFP 2023 / NOEL CELISУченые пытаются разработать вакцину от коронавируса, фото из архива
Ученые пытаются разработать вакцину от коронавируса, фото из архива - Sputnik Azərbaycan, 1920, 15.02.2021
Abunə olmaq
Hazırda 3,5 milyon doza 10 ölkəyə paylanılıb. 2,5 milyard əhalisi olan 130 ölkə isə vaksinin heç bir dozasını əldə edə bilmir.

BAKI, 15 fevral - Sputnik. Təəssüf ki, peyvəndlərin dünyada paylanması ilə bağlı bərabərsizlik artır. Vaksinləri tətbiq edən ölkələrin 90 faizi zəngin ölkələrdir. Hazırda 3,5 milyon doza 10 ölkəyə paylanılıb. 2,5 milyard əhalisi olan 130 ölkə isə vaksinin heç bir dozasını əldə edə bilmir.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı “COVID-19 pandemiyası və peyvəndləmənin geosiyasi aspektləri” mövzusunda keçirilən beynəlxalq vebinarda deyib.

Onun sözlərinə görə, həmin bərabərsizliyi aradan qaldırmaq üçün birgə işləmək, yeni texnologiyalar, diaqnostika mərkəzləri yaratmaq lazımdır.

H.Harmancı Ümumdünya Səhiyyə Təşkilatının COVAX platformasının sırf bərabərsizliyi aradan qaldırmaq üçün yaradılan təşəbbüs olduğunu da diqqətə çatdırıb.

Xəbər lenti
0